Ana səhifə / İqtisadiyyat / Azərbaycanın icmal büdcəsində 8 milyard manatdan artıq qalıq yaranıb Azərbaycanın icmal büdcəsində 8 milyard manatdan artıq qalıq yaranıb 17.04.2023, 17:53 Nərmin Qocamanlı Bu ilin I rübündə Azərbaycanın icmal büdcəsinin gəlirləri 15 milyard 557,7 milyon manat, xərcləri isə 7 milyard 487,9 milyon manat təşkil edib. "Operativ Media" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb. Bu rəqəmlər, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 95,4 % və 18,7 % çoxdur. Son nəticədə icmal büdcədə 8 069,8 milyon manat qalıq yaranıb. Bu isə 1 il əvvələ nisbətən 4,9 dəfə çoxdur. Teqlər: "Azərbaycanın icmal büdcəsində 8 milyard manatdan artıq qalıq yaranıb"