Menyu

Azərbaycan və Benin arasında diplomatik və xidməti pasportlar üzrə viza sazişi imzalanıb

Operativ Media
Azərbaycan və Benin arasında diplomatik və xidməti pasportlar üzrə viza sazişi imzalanıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Benin Respublikasının xarici işlər naziri Korin Amori Brünet ilə görüşüb.

Operativ Media  xəbər verir ki, görüşdə iki ölkənin xarici işlər nazirlikləri arasında müntəzəm siyasi məsləhətləşmələrin yaradılması və beynəlxalq təşkilatlar, xüsusilə BMT, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əlaqələndirmənin dərinləşdirilməsi məsələləri müzakirə olunub.

Tərəflər qarşılıqlı iqtisadi və humanitar əməkdaşlıq imkanlarından, eləcə də əsas inkişaf sahələrində mövcud potensialdan daha səmərəli istifadə olunmasının vacibliyini vurğulayıblar.

Görüşün yekununda nazirlər “Azərbaycan Respublikası Hökuməti ilə Benin Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslər üçün vizadan qarşılıqlı azadolma haqqında Saziş”i imzalayıblar.

Qeyd olunub ki, saziş yüksəksəviyyəli qarşılıqlı səfərlərin asanlaşdırılması və Azərbaycan-Benin arasında uzunmüddətli diplomatik tərəfdaşlığın inkişafı üçün hüquqi-institusional əsas yaradacaq.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər