Menyu

Ermənistanın Baş naziri: Azərbaycanla minatəmizləmə sahəsində əməkdaşlığı dərinləşdirməyə hazırıq

Operativ Media
Ermənistanın Baş naziri: Azərbaycanla minatəmizləmə sahəsində əməkdaşlığı dərinləşdirməyə hazırıq

Ermənistan Azərbaycanla minatəmizləmə sahəsində əməkdaşlığı davam etdirməyə və dərinləşdirməyə hazırdır.

Operativ Media xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının 81-ci sessiyasındakı çıxışında bildirib.

Baş nazir, həmçinin bir neçə min itkin şəxsin taleyinin aydınlaşdırılmasını həllini gözləyən məsələlərdən biri adlandırıb və bu istiqamətdə Azərbaycanla əməkdaşlıq barədə razılıq əldə olunduğunu deyib.

Paşinyan Azərbaycan və Ermənistan arasında sülhün möhkəmləndirilməsinin və onun institusional əsaslarının gücləndirilməsinin tərəflər arasında əməkdaşlığın əsas istiqamətinə çevrilməli olduğunu vurğulayıb.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər