Menyu

Mikayıl Cabbarov: "Orta Dəhliz yalnız tranzit deyil, həm də regional investisiya imkanıdır"

Nərmin Qocamanlı
Mikayıl Cabbarov: "Orta Dəhliz yalnız tranzit deyil, həm də regional investisiya imkanıdır"

Azərbaycanın 2027-2033-cü illəri əhatə edən Milli İnkişaf Strategiyasının qəbul edilməsi prosesi davam edir. Strategiyada iqtisadiyyatın özəl sektorun aparıcı rolu ilə şaxələndirilməsi, istehsal və sənayeləşmənin, xidmətlərin inkişafı, insan kapitalına investisiyaların artırılması, enerji keçidi və süni intellekt texnologiyalarından istifadənin genişləndirilməsi əsas istiqamətlər kimi müəyyənləşdirilib.

Operativ Media xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı deyib.

Nazir bildirib ki, strategiyanın əsas məqsədlərindən biri iqtisadiyyatın yeni inkişaf mərhələsinə keçidini təmin etməkdir.

“İnsan kapitalına və insanlara investisiyalara diqqət yetirilməsini davam etdirməliyik ki, onları baş verən dəyişikliklərə hazırlaya bilək. Bütün bunlar enerji keçidi və süni intellektin tətbiqi üzərində qurulmalıdır. Bu istiqamətlər həm iqtisadi məhsuldarlığa, həm də hökumətin vətəndaşlara göstərdiyi xidmətlərə təsir edir”.

Mikayıl Cabbarov uzunmüddətli maliyyələşməyə çıxışın təmin edilməsinin və kapital bazarlarının inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

“Regional tərəfdaşlıq bunun üçün son dərəcə vacibdir. Çünki təsvir etdiyim modelin mühüm hissəsi ixracyönümlülükdür. Biz öz bazarımıza qapalı qala bilmərik. Bu baxımdan Orta Dəhliz yalnız malların daşınması və ya tranziti üçün marşrut deyil, həm də birgə emal mərkəzlərinin yaradılması, regionda investisiyalar üçün əlverişli mühitin formalaşdırılması, maliyyə mərkəzləri və maliyyə xidmətlərinin inkişafı üçün imkan yaradır”.

Nazir qeyd edib ki, Azərbaycanın milli inkişaf planı üzrə məqsədləri müəyyənləşdirilib və bunun üçün əsas göstəricilər hazırlanır.

“İnkişafın növbəti mərhələsinə keçmək üçün bir-birimizə daha çox ehtiyacımız var. Çünki birlikdə daha böyük bazara, daha şaxələndirilmiş təchizat resurslarına malik oluruq. Sərhədlərdə axınların rəqəmsallaşdırılmasından, məlumat və yüklərin emalından başlayaraq proseslərin uyğunlaşdırılması vacibdir”.

Mikayıl Cabbarov enerji təhlükəsizliyi, kritik faydalı qazıntıların emalı və digər strateji sahələrdə əməkdaşlığın əhəmiyyətinə də toxunub.

“Enerji təhlükəsizliyi, kritik faydalı qazıntıların emalı və bir çox digər strateji sahələrdə əməkdaşlığa ehtiyac var. Biz sistemimizin bu elementlərini uyğunlaşdırmağa çalışırıq”.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı deyib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər