Menyu

Vergi Məcəlləsindəki 25%-lik güzəştin vaxtı bitir: Mikro sahibkarları nə gözləyir?

Xəbərlər redaksiyası
Vergi Məcəlləsindəki 25%-lik güzəştin vaxtı bitir: Mikro sahibkarları nə gözləyir?

Mikro sahibkarlıq subyekti olan fiziki şəxslər üçün sosial sığorta haqlarının bir hissəsinin vergidən çıxılmasına imkan verən güzəştlərin müddəti gələn ildən başa çatacaq.

Operativ Media xəbər verir ki, hazırda qüvvədə olan qanunvericiliyə əsasən, bir sıra güzəştlərin müddəti 2027-ci il yanvarın 1-də tamamlanacaq.

Belə ki, gəlir vergisinin ödəyicisi olan mikro sahibkar fiziki şəxslərin özləri üçün ödədikləri illik məcburi dövlət sosial sığorta haqqının 25 faizi onların il ərzində hesablanmış və əvvəlki illərin zərəri çıxıldıqdan sonra ödənilməli olan gəlir vergisi öhdəliyindən çıxılır.

Bu güzəşt 2024-cü il yanvarın 1-dən 3 il müddətinə tətbiq edilir və çıxılan məbləğ hesablanmış gəlir vergisi öhdəliyindən çox ola bilməz.

Bununla yanaşı, sadələşdirilmiş verginin ödəyicisi olan mikro sahibkar fiziki şəxslərin özləri üçün ödədikləri rüblük məcburi dövlət sosial sığorta haqqının 25 faizi də həmin rüb üzrə hesablanmış sadələşdirilmiş vergi öhdəliyindən çıxılır.

Bu güzəşt də 2024-cü il yanvarın 1-dən 3 il müddətinə nəzərdə tutulub və çıxılan məbləğ sadələşdirilmiş vergi öhdəliyindən artıq ola bilməz.

Beləliklə, hər iki güzəşt üzrə 3 illik müddət 2026-cı ilin sonunda başa çatır. Müddət uzadılmadığı və ya başqa qayda müəyyən edilmədiyi halda, 2027-ci il yanvarın 1-dən mikro sahibkar fiziki şəxslərin sosial sığorta haqlarının 25 faizinin müvafiq vergi öhdəliyindən çıxılması mümkün olmayacaq.

Qeyd edək ki, sözügedən güzəştlərin müddətinin uzadılması ilə bağlı hələlik aidiyyəti rəsmi qurumlardan heç bir açıqlama verilməyib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər