Pərviz Şahbazov: "Məqsədimiz Mərkəzi Asiyadan Avropaya uzanan yaşıl enerji şəbəkəsi yaratmaqdır"
"II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda enerji təhlükəsizliyi|nin gücləndirilməsi, bərpa olunan enerji|nin inteqrasiyası və yaşıl keçidin sürətləndirilməsində regional enerji bağlantılarının mühüm rolunu vurğuladıq".
Operativ Media xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov öz "X" sosial media hesabında etdiyi paylaşım bildirib.
"Hədəfimiz "Xəzər-Qara dəniz-Avropa", "Mərkəzi Asiya-Azərbaycan" və Türkiyə üzərindən yaşıl enerji dəhlizlərini əlaqələndirərək Mərkəzi Asiyadan Avropaya uzanan vahid və şaxələndirilmiş yaşıl enerji bağlantıları şəbəkəsi yaratmaqdır. Bu strateji layihələr Azərbaycanın regional enerji qovşağı kimi mövqeyini gücləndirməklə yanaşı, ölkələr və bazarlar arasında enerji əməkdaşlığının inkişafına, enerji təchizatının şaxələndirilməsinə və yeni investisiya imkanlarının yaranmasına xidmət edəcək", - nazir paylaşımda qeyd edib.
dəqiqələr içində saytın olsun.