Menyu

Azərbaycanla Şimali Makedoniya iqtisadi əməkdaşlığı müzakirə edib

Operativ Media
Azərbaycanla Şimali Makedoniya iqtisadi əməkdaşlığı müzakirə edib

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov Şimali Makedoniyanın iqtisadiyyat və əmək naziri Besar Durmişi ilə görüşüb.

Operativ Media İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, görüşdə Azərbaycan və Şimali Makedoniya arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib.

Bildirilib ki, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, enerji sahəsində birgə fəaliyyətin intensivləşdirilməsinin əhəmiyyəti vurğulanıb.

Tərəflər iqtisadi gündəlikdə olan tərəfdaşlıq məsələləri, prioritet layihələrin reallaşdırılması və ölkələrin biznes dairələri arasında əlaqələrin genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparıblar.

Görüşdə qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsi və yeni tərəfdaşlıq imkanlarının formalaşdırılması ilə bağlı məsələlər müzakirə olunub.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər