Menyu

Prezident: Azərbaycan xarici dövlət borcunu bir gün ərzində sıfıra endirə bilər

Operativ Media
Prezident: Azərbaycan xarici dövlət borcunu bir gün ərzində sıfıra endirə bilər

Azərbaycan xarici dövlət borcunu bir gün ərzində sıfıra endirə bilər.

Operativ Media xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

Prezident bildirib ki, Azərbaycanın xarici dövlət borcu ÜDM-in 5,6 faizini təşkil edir, valyuta ehtiyatları isə xarici borcu təxminən 20 dəfə üstələyir.

“Xarici dövlət borcu ÜDM-in 5,6 faizini təşkil edir və biz əslində onu bir gün ərzində sıfıra endirə bilərik. Çünki valyuta ehtiyatlarımız xarici borcumuzu təxminən 20 dəfə üstələyir”, – Prezident vurğulayıb.

İlham Əliyev qeyd edib ki, bu gün siyasi və iqtisadi sabitlik mühüm amildir. Onun sözlərinə görə, digər vacib amil Azərbaycanın güclü maliyyə sisteminə malik olmasıdır.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər