Menyu

SOCAR-da metan emissiyaları və fəaliyyətsiz quyularla bağlı işlər görülür

Nərmin Qocamanlı
SOCAR-da metan emissiyaları və fəaliyyətsiz quyularla bağlı işlər görülür

SOCAR-da metan emissiyalarının azaldılması və fəaliyyətsiz quyuların bağlanması istiqamətində işlər aparılır.

Operativ Media xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidentinin müavini Hikmət Abdullayev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı bildirib.

Hikmət Abdullayev qeyd edib ki, SOCAR üçün istehsal əsas prioritet olaraq qalır, lakin şirkət digər istiqamətlərə də əhəmiyyətli vaxt və resurslar ayırır.

Onun sözlərinə görə, bu istiqamətlərdən biri metan emissiyalarının azaldılmasıdır. SOCAR son illərdə şirkətin aktivlərinin fəaliyyəti və emissiyaları ilə bağlı geniş ölçmələr və təhlillər aparıb.

“Biz prosesin hər mərhələsinə beynəlxalq ekspertləri cəlb etmişik. Buraya ölçmələrin aparılması, obyektlər səviyyəsində məlumatların toplanması, əldə olunan məlumatların təhlili və həmin məlumatlar əsasında nəticələrin çıxarılması daxildir”, – deyə Hikmət Abdullayev bildirib.

O qeyd edib ki, SOCAR paralel olaraq bu sahədə daxili potensialın formalaşdırılmasına çalışır. Şirkət ixtisaslaşmış törəmə qurumların imkanlarından istifadə etməklə mütəxəssislərin hazırlanması və ölkə daxilində müvafiq institusional imkanların yaradılması istiqamətində iş aparır.

Hikmət Abdullayev bildirib ki, məqsəd gələcəkdə bu cür ölçmə və təhlilləri SOCAR daxilində, daxili resurslardan istifadə etməklə həyata keçirməkdir.

Onun sözlərinə görə, Azərbaycanda bu sahədə potensialın məhdud olmasının səbəblərindən biri əvvəlki dövrdə müvafiq tələbatın olmaması olub. Lakin Avropa İttifaqının yeni tənzimləmələri fonunda bu sahəyə tələbat artır və metan emissiyalarının ölçülməsi və azaldılması artıq uyğunluq məsələsinə çevrilir.

SOCAR-ın vitse-prezidentinin müavini ikinci istiqamət kimi fəaliyyətsiz və istismarda olmayan quyuların bağlanması və konservasiyasına yenidən baxılmasını qeyd edib.

O bildirib ki, SOCAR Sovet dövründən qalan çox sayda fəaliyyətsiz quyu miras alıb. Bu quyuların minlərlə olduğu və həm quruda, həm də dənizdə yerləşdiyi qeyd olunub.

Hikmət Abdullayev bildirib ki, həmin quyularla bağlı infrastrukturun bir hissəsi onilliklər ərzində istifadədə olmadığı üçün zədələnib, bəzi qurğular isə dağılıb.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər