Menyu

SOCAR: Bəzi quyuların bağlanması bir ilədək çəkə bilər

Nərmin Qocamanlı
SOCAR: Bəzi quyuların bağlanması bir ilədək çəkə bilər

Bəzi quyulara çıxışın məhdud olması onların bağlanması ilə bağlı işləri çətinləşdirir.

Operativ Media xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidentinin müavini Hikmət Abdullayev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib.

Onun sözlərinə görə, quyuların bir hissəsi çökməkdə olan konstruksiyaların ətrafında yerləşir və onlara çıxış imkanları məhduddur.

Hikmət Abdullayev bildirib ki, sadə quyular üzrə işlərə artıq başlanılıb. Belə quyulara asanlıqla çıxış əldə etmək və bağlanma işlərini həyata keçirmək mümkündür.

Onun sözlərinə görə, quyu əlçatandırsa və işlər sadədirsə, müvafiq dövlət qurumlarından bütün icazə və təsdiqlər alındıqdan sonra proses təxminən bir ay ərzində həyata keçirilə bilər. Daha mürəkkəb hallarda isə işlər bir ilədək davam edə bilər.

SOCAR rəsmisi qeyd edib ki, belə hallarda Azərbaycanda mövcud olmayan avadanlıqların xaricdən gətirilməsi və daha ətraflı qiymətləndirmənin aparılması tələb oluna bilər. Bəzi quyular üzrə sualtı tədqiqatların aparılması üçün uzaqdan idarə olunan sualtı aparatlarından (ROV) istifadə edilir.

Hikmət Abdullayev bildirib ki, işlər çərçivəsində tədqiqatların aparılması, məlumatların toplanması, müvafiq icazələrin alınması, işlərin görülməsi və sonrakı monitorinq daxil olmaqla bir neçə mərhələdən keçilməlidir.

O vurğulayıb ki, əlçatmaz quyular və infrastrukturla bağlı mürəkkəb vəziyyətlərdə beynəlxalq ekspertlərin cəlb edilməsinə ehtiyac yaranır. Bununla yanaşı, beynəlxalq ekspertlərin iştirak etdiyi layihələrdə yerli mütəxəssislərin də prosesə cəlb olunması əsas şərtlərdən biridir.

“Yerli komandalarımız və əməkdaşlarımız layihə qrupunun bir hissəsi olacaq. Onlar işlər davam etdikcə öyrənəcəklər. Məqsəd müəyyən mərhələdən sonra xarici dəstək olmadan bu işləri müstəqil şəkildə həyata keçirə bilməyimizdir”, – deyə SOCAR rəsmisi bildirib.

Hikmət Abdullayev həmçinin SOCAR-ın son illərdə metan emissiyalarının ölçülməsi və azaldılması istiqamətində işlər apardığını qeyd edib. Onun sözlərinə görə, şirkətin aktivləri və emissiyaları ilə bağlı müxtəlif ölçmələr aparılıb, məlumatlar təhlil edilib və prosesə beynəlxalq ekspertlər cəlb olunub.

SOCAR rəsmisi bildirib ki, əsas məqsədlərdən biri bu sahədə Azərbaycanda yerli potensial yaratmaq, ölçmə və təhlilləri gələcəkdə daxili imkanlarla həyata keçirməkdir.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər