Florian Zenqstşmid: Qarabağ turizm üçün geniş imkanlar yaradır
“Azərbaycan həm Bakı, həm də regionlarda turizm və investisiya layihələrinin həyata keçirilməsi üçün hazırdır. İnfrastruktur, üst quruluş və çoxsaylı maraqlı inkişaf layihələri mövcuddur. Bakı üçün bunun sübuta ehtiyacı yoxdur. Formula 1 yarışını izləyirsiniz və şəhərin necə inkişaf etdiyini görürsünüz”.
Operativ Media xəbər verir ki, bunu Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid deyib.
O bildirib ki, Azərbaycanın regionlarında da turizm və investisiya baxımından geniş imkanlar var.
“Sea Breeze yalnız milli inkişaf layihəsi deyil. Xəzər dənizinin sahilində yerləşən Sea Breeze inteqrasiya olunmuş kurort baxımından qlobal səviyyədə seçilən layihədir. Layihə Bakı şəhərinin dinamikliyini böyük bir inkişaf ərazisində birləşdirir”.
Florian Zenqstşmid qeyd edib ki, dağlıq ərazilərdə də turizm imkanları genişləndirilir.
“Dağlarımız var, təbiət klasterlərini inkişaf etdiririk. Məsələn, Şahdağ Mountain Resorts-da maraqlı layihələr həyata keçirilir. Bura həm də bu mövsümdən etibarən FIS Dünya Kuboklarının keçiriləcəyi məkandır”.
O, Azərbaycanda sağlamlıq və wellness, mədəniyyət və irs klasterlərinin, eləcə də Qarabağda turizm imkanlarının inkişaf etdirildiyini vurğulayıb.
“Qarabağda işğaldan azad edilmiş ərazilər təbii resursların, mədəniyyətin və irsin geniş imkanlarını özündə birləşdirir. Bakının kənarında belə çoxsaylı mərkəzlər mövcuddur. Biz diqqəti məhz bu istiqamətə, regionlara yönəltmək istəyirik”.
dəqiqələr içində saytın olsun.