Menyu

Energetika naziri Azərbaycanın enerji infrastrukturu Energetika naziri II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Azərbaycanın enerji infrastrukturu üzrə prioritetlərindən danışıb üzrə prioritetlərindən danışıb

Nərmin Qocamanlı
Energetika naziri Azərbaycanın enerji infrastrukturu Energetika naziri II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Azərbaycanın enerji infrastrukturu üzrə prioritetlərindən danışıb üzrə prioritetlərindən danışıb

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən “Enerji infrastrukturu” panelində energetika naziri Pərviz Şahbazov Azərbaycanın qarşıdakı onillik üçün enerji prioritetləri və özəl sektor üçün investisiya imkanları barədə danışıb. 

Operativ Media xəbər verir ki, enerji təhlükəsizliyinin gücləndirilməsi, neft-qaz infrastrukturunun inkişafı, bərpa olunan enerjinin genişləndirilməsi, elektrik şəbəkələrinin modernləşdirilməsi, enerji saxlancı və regional enerji bağlantılarının yaradılmasının əsas prioritetlərdən olduğu bildirilib.

Azərbaycanın etibarlı neft və qaz təchizatçısı kimi rolunu davam etdirməklə yanaşı, yeni neft-qaz yataqlarının işlənməsi, mövcud infrastrukturun modernləşdirilməsi və Cənub Qaz Dəhlizinin genişləndirilməsinin vacibliyi vurğulanıb. 

2032-ci ilədək təxminən 8 QVt bərpa olunan enerji gücünün yaradılmasının planlaşdırıldığı, həmçinin Xəzər və Mərkəzi Asiyanın enerji potensialını Türkiyə və Avropa bazarları ilə birləşdirəcək yaşıl enerji dəhlizlərinin inkişaf etdirildiyi qeyd olunub. Nazir bərpa olunan enerji, Xəzərdə külək enerjisi, enerji saxlancı, elektrik şəbəkələri, rəqəmsallaşma, enerji səmərəliliyi və regional enerji dəhlizlərini özəl sektor üçün perspektivli investisiya istiqamətləri kimi göstərib.

”Özəl sektoru yalnız investisiya mənbəyi deyil, yeni texnologiyalar, innovasiya və beynəlxalq təcrübə gətirən uzunmüddətli tərəfdaş kimi görürük. Məqsədimiz müxtəlif enerji mənbələrini və bazarları birləşdirən müasir enerji infrastrukturu qurmaqdır”, – deyə nazir bildirib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər