Məktəbli avtobuslarına tələbat üç dəfə artıb - VİDEO
Nicat Hüseynli
Ötən il məktəbli avtobusları layihəsinə 100-dən artıq avtobus və ayda 1000-dən çox istifadəçi ilə başlayan layihəyə tələbat hazırda üç dəfə artıb.
Operativ Media "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, ötən il üç özəl və doqquz dövlət məktəbi ilə əməkdaşlıq edən şirkət bu il səkkiz özəl və 14-15 dövlət məktəbində xidmət göstərir.
Valideynlər onlayn platforma vasitəsilə müraciət edə bilirlər. Qiymətlər məsafədən asılı olaraq dəyişir. Dövlət məktəblərində iki tərəfli gediş üçün tariflər təxminən 150-160 manatdan başlayır və məsafədən asılı olaraq 250 manata qədər yüksəlir.
Layihənin əsas məqsədi valideynlərin övladlarını məktəbə aparıb-gətirməsi nəticəsində yaranan nəqliyyat sıxlığının azaldılmasıdır.
Ətraflı videoda:
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net