Qaradağ rayonunda vulkan püskürüb - VİDEO - YENİLƏNİB
Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğuna daxil olan Otman Bozdağ Palçıq Vulkanında 26 sentyabr 2026-cı il tarixində saat 07:32 radələrində püskürmə hadisəsi qeydə alınıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Operativ Media-ya verilən məlumata görə, püskürmə güclü alovlanma ilə müşayiət olunub.
Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun direktoru Ceyhun Paşayev bildirib ki, hazırda ərazidə vulkanın aktivliyi və püskürmə nəticəsində yaranmış geoloji dəyişikliklərlə bağlı ilkin müşahidə və qiymətləndirmə işləri aparılır.
08:23
Qaradağ rayonu ərazisində vulkan püskürməsi qeydə alınıb.
Bu barədə Operativ Media-ya AMEA nəzdində RSXM-nin Zəlzələlərin tədqiqatı bürosundan bildirilib.
Məlumata əsasən, təbiət hadisəsi yerli vaxtla saat 07:32-də qeydə alınıb.