Menyu

Anım Günü ilə əlaqədar Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib

Operativ Media
Anım Günü ilə əlaqədar Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib

27 sentyabr - Anım Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin birgə təşkilatçılığı ilə Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.

Nazirlikdən Operativ Media-ya verilən məlumata görə, aksiyada hər iki qurumun rəhbərliyi, kollektivi, eləcə də könüllülər iştirak ediblər.

Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına döyüşərək canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinə dərin ehtiram əlaməti olaraq keçirilən ağacəkmə aksiyasında Müşfiqabad qəsəbəsində, ərazinin torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.

Bildirilib ki, aksiya şəhidlərimizin müqəddəs xatirəsinin yaşadılması, ətraf mühitin mühafizəsi və gələcək nəsillər üçün daha yaşıl və sağlam mühitin formalaşdırılması məqsədinə xidmət edib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər