Menyu

Tacikistanın Baş naziri Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib

Operativ Media
Tacikistanın Baş naziri Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib

Sentyabrın 26-da Azərbaycanın mədəniyyət naziri Adil Kərimli ölkəmizdə səfərdə olan Tacikistanın Baş naziri Koxir Rasulzodanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə Milli Xalça Muzeyini ziyarət edib.

Mədəniyyət Nazirliyindən Operativ Media-ya bildirilib ki, muzeyin direktoru Əminə Məlikova qonaqlara xalqımızın qədim xalçaçılıq sənəti, onun tarixi, bugünkü inkişaf istiqamətləri, həmçinin muzeyin yaradılması və fəaliyyəti haqqında ətraflı məlumat verib. O, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın səyləri sayəsində milli xalçaçılıq sənətinin 2010-cu il noyabrın 16-da UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildiyini vurğulayıb.

Əminə Məlikova ötən ilin sentyabrında Milli Xalça Muzeyində Tacikistan Milli Muzeyinin kolleksiyasından tacik tikməsinin nadir nümunələrinin, xüsusən süzənilərin yer aldığı sərginin keçirildiyini söyləyib. Bu cür sərgilərin iki ölkə arasında mədəni dialoqun inkişafına mühüm töhfə vermək məqsədi daşıdığını diqqətə çatdırıb.

Azərbaycanın zəngin milli-mədəni irsi ilə tanışlıq qonaqlarda xoş təəssürat yaradıb.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər