Menyu

Bakıda sıxlığın qarşısının alınması üçün yeni tunel tikiləcək

Operativ Media
Bakıda sıxlığın qarşısının alınması üçün yeni tunel tikiləcək

Bakının Xiyabani küçəsi - Xarici Dairəvi yolunda yeni tunel inşa ediləcək.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, Məhəmməd Xiyabani küçəsi ilə Xarici Dairəvi Avtomobil Yolunun kəsişməsi şəhərdaxili və tranzit nəqliyyat axınlarının bir qovşaqda birləşdiyi əsas nöqtələrdən biridir. Pik saatlarda nəqliyyat vasitələrinin eyni kəsişmədən hərəkəti burada sıxlıq və gecikmələrin yaranmasına səbəb olur.

AAYDA-nın layihəsi çərçivəsində mövcud hərəkət sxeminin əsaslı şəkildə dəyişdirilməsi nəzərdə tutulur. Layihəyə əsasən, ərazidə tunel tipli yolötürücüsü, dairəvi hərəkətin təşkil olunduğu yolayırıcı, eləcə də Qaradağ istiqamətində yan yol yaradılacaq.

Layihənin əsas üstünlüyü müxtəlif istiqamətlər üzrə hərəkət axınlarının bir nöqtədə toplanmasının qarşısının alınmasıdır. Yeni quruluş nəqliyyat axınlarını müxtəlif səviyyələrə ayıracaq. Bununla da qovşaqda bir-birinə mane olan manevrlərin sayı azalacaq, giriş və çıxışlar daha sistemli təşkil ediləcək.

Layihədə piyadaların rahat və təhlükəsiz hərəkəti üçün zəruri infrastrukturun yaradılması da nəzərdə tutulur.

Yeni yol həllinin təsiri yalnız Məhəmməd Xiyabani küçəsi ilə məhdudlaşmayacaq. Qovşaqda hərəkətin yenidən təşkili 20 Yanvar, Şamaxinka və Qaradağ istiqamətlərində nəqliyyat yükünün daha səmərəli bölüşdürülməsinə xidmət edəcək.

Bu, "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"da nəzərdə tutulan 24 yol layihəsindən biridir.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər