Menyu

Ərdoğan İlham Əliyevə zəng edib

Operativ Media
Ərdoğan İlham Əliyevə zəng edib
1 dəq oxu

Sentyabrın 27-də axşam radələrində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Operativ Media xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, Türkiyə Prezidenti Azərbaycanda Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla yad etdiyini bildirib.

Dövlətimizin başçısı telefon zənginə görə Türkiyə Prezidentinə təşəkkür edib.

Əlaqəli Xəbərlər