Menyu

Qazaxıstan XİN rəhbəri Ukraynaya çağırış edib

Operativ Media
Qazaxıstan XİN rəhbəri Ukraynaya çağırış edib

Qazaxıstan XİN rəhbəri Ukraynanı Qazaxıstan gəmilərinə dron hücumlarına yol verməməyə çağırıb.

Operativ Media xəbər verir ki, bunu Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdi Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində ukraynalı həmkarı Andrey Sibiqa ilə görüşdən sonra “Ulysmedia.kz”ə açıqlamasında bildirib.

“Əvvəla, Ukrayna tərəfi ilə gələcəkdə Qara dənizdə gəmilərimizə pilotsuz uçuş aparatları ilə hücumlara yol verilməməsinin zəruriliyindən danışdıq”, – deyə Tleuberdi bildirib.

Qazaxıstan XİN rəhbəri qeyd edib ki, Nyu-Yorkda bir sıra ölkələrin xarici işlər nazirləri ilə ikitərəfli görüşlər keçirib. Onların arasında Rusiya XİN rəhbəri Sergey Lavrov və Andrey Sibiqa da olub.

Tleuberdi bildirib ki, görüşlər zamanı tərəflər mövcud münaqişə fonunda ikitərəfli münasibətləri müzakirə ediblər.

Qeyd edək ki, Qazaxıstan daha əvvəl ölkənin neft ixracı infrastrukturlarına dron hücumlarını pisləyib. Astana bu hücumların mülki gəmiçiliyi təhlükə altına qoyduğunu, beynəlxalq ticarəti pozduğunu və enerji təchizatının sabitliyinə təhdid yaratdığını bildirib.

Konsorsiumun Qara dənizdəki infrastrukturu 2025 və 2026-cı illərdə bir neçə dəfə dron hücumlarına məruz qalıb.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər