Menyu

Azərbaycan və Qazaxıstan mərkəzi bankları arasında insan kapitalının idarə edilməsi üzrə təcrübə mübadiləsi aparılıb

Operativ Media
Azərbaycan və Qazaxıstan mərkəzi bankları arasında insan kapitalının idarə edilməsi üzrə təcrübə mübadiləsi aparılıb

Azərbaycan Mərkəzi Bankı (AMB) və Qazaxıstan Milli Bankı arasında insan kapitalının idarə edilməsi müzakirə edilib.

Operativ Media bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, Qazaxıstan Milli Bankının nümayəndə heyəti insan resurslarının idarə edilməsi sahəsində təcrübə mübadiləsi məqsədilə AMB-də işgüzar səfərdə olub. Səfərin ilk günü qurumun sədr müavini Gülər Paşayevanın nümayəndə heyətini salamlaması və görüşün açılışını etməsi ilə başlayıb. Daha sonra insan kapitalının idarə edilməsi sahəsində tətbiq olunan yanaşmalar və son illərdə həyata keçirilən transformasiya təşəbbüsləri təqdim edilib.

Səfər çərçivəsində işə qəbul prosesinin rəqəmsallaşdırılması, yeni əməkdaşların iş mühitinə inteqrasiyası, kompetensiya çərçivəsinin tətbiqi, performansın idarə edilməsi, öyrənmə və inkişaf, İR analitikası və əməkdaşların işə bağlılığı istiqamətləri üzrə AMB-nin mövcud təcrübəsinə dair sessiyalar keçirilib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər