Menyu

Tikinti materialları bazarında qiymət və tələbat necədir?

Ayşən Sadıxzadə
Tikinti materialları bazarında qiymət və tələbat necədir?

Tikinti materiallarının qiymətində artım həm tikinti xərclərinə, həm də son nəticədə mənzil bazarındakı qiymətlərə təsir göstərir. Mütəxəssisə görə, materialların bahalaşması ilə yanaşı, işçi qüvvəsi, texnika, logistika, gömrük xərcləri və daxili qiymət formalaşması da tikinti xərclərinin yüksəlməsinə səbəb olan amillərdəndir.

Mövzu ilə bağlı Operativ Media-ya Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc danışıb.

O bildirib ki, il ərzində fevralın sonundan başlayaraq tikinti aktivliyi artır və bunun nəticəsində bazara müraciətlərin sayı çoxalır. Martda ilkin bahalaşma baş verir. Yay aylarında isə aktiv tikinti fəaliyyəti bazara müraciətlərin sayının daha da artmasına səbəb olur. Tələbin yüksəlməsi də qiymətlərə təsir göstərir:

“Təbii ki, tikinti materialları təkcə həmin materialların bir qisminin xaricdən alınması səbəbindən deyil, eyni zamanda daxili istehsalda istehsal olunan tikinti materiallarının maya dəyərindəki dəyişikliklə bağlı da bahalaşır. Hazırda hər hansı məhsulun maya dəyəri kifayət qədər yüksək olur. Məhsul bazara təqdim ediləndə də, təbii ki, yüksək qiymətə satılır.

Tikinti materiallarının qiyməti işçi qüvvəsinin bahalaşması səbəbindən də artır. Əvvəllər gördüyümüz işləri bu gün artıq əvvəlki qiymətlərə deyil, daha yüksək qiymətə görürlər. Ümumiyyətlə, həm tikinti materialları, həm texnika, həm də işçi qüvvəsi maya dəyərini formalaşdıran elementlər kimi artıma məruz qalıb.

Bildiyiniz kimi, fərdi ev tikintisi ilə yanaşı, yeni tikililər, yeni binalar, eyni zamanda yenidənqurma və rekonstruksiya işləri də hazırda həyata keçirilir. Baş şəhər baş planı 2040 əsasında abadlıq işləri görülür, yeni parklar salınır, binalar sökülür və sökülən binaların yerində yeni binalar inşa olunur. Bütün bunlar təbii ki, tikintiyə tələbatı artırır.

Tikinti sektoru elə bir sektordur ki, 300 mindən artıq vətəndaşı özündə birləşdirir və onları işlə təmin edir. Ona görə də düşünürəm ki, tikinti sektorunun özü ölkə iqtisadiyyatında kifayət qədər aktivdir.

Tikinti prosesində, bilirsiniz ki, müəyyən dərəcədə normativlərdə sərtləşmə başlayıb. Bu da qiymətlərin və tikinti xərclərinin artmasına səbəb olur.

2026-cı ilin ilk yarısında 13 faiz sektorun azalması başlayırdı və bu onu göstərir ki, təkcə tikinti materiallarının qiyməti ona olan tələbatdan irəli gəlmir. Burada logistika xərcləri var, gömrük xərcləri var, bundan əlavə, daxili qiymət formalaşması məsələsi var.

Hazırda manatın alıcılıq qabiliyyəti və inflyasiya səviyyəsi baxımından qiymətlərin özü yüksəlir. Artıq satıcılar da əvvəlki kimi əldə olunan mənfəətlə qane olunmur. Manatın alıcılıq qabiliyyətindəki fərqə görə daha yüksək mənfəət əldə etmək istəyirlər ki, öz ehtiyaclarını ödəsinlər. Bu baxımdan qiymətlərin yüksəlməsi davam edir.

Materialların və işçi qüvvəsinin qiymətindəki artım maya dəyərinin yüksəlməsinə və tikinti xərclərinin artmasına gətirib çıxarır. Bu da təbii ki, son nəticədə mənzillərin qiymətinə təsir göstərir. Maya dəyəri artdıqca bazarda təklif qiymətləri də artır və son nəticədə mənzillərin qiymətinə təsir göstərir.

Maya dəyəri vasitəsilə biz təsiri görürük ki, yaxın perspektivdə tikinti materiallarının bahalaşması davamlı olacaqsa, təbii ki, qiymətlərin artımı da davam edəcək.

Bizim proqnozlarımıza görə, 2026-cı ilin sonu və eyni zamanda 2027-ci il daşınmaz əmlak qiymətlərinin artımı ilə yadda qalacaq. Yəni biz düşünürük ki, bu dövrlərdə qiymətlərin artımı davam edəcək”.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər