“Cahangirbəyli” KSES-də 45,6 milyon kVt·saat elektrik enerjisi istehsal olunub
Operativ Media
Fəaliyyətə başladığı vaxtdan bu ilin sentyabr ayınadək Zəngilan rayonundakı “Cahangirbəyli” kiçik su elektrik stansiyasında (KSES) 45,6 milyon kVt·saat elektrik enerjisi istehsal edilib.
Operativ Media xəbər verir ki, Energetika Nazirliyinin məlumatına görə, ümumi gücü 10,5 MVt olan, hər biri 5,25 MVt gücündə iki hidroaqreqatdan ibarət obyekt 2023-cü ilin 28 sentyabr tarixində Oxçuçayın üzərində istismara verilib. İşğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji mənbələrinin yaradılması yaşıl enerjinin inkişafına, istixana effekti yaradan qazların emissiyasının azaldılmasına, ətraf mühitin qorunmasına və təmiz şəhər mühitinin formalaşmasına mühüm töhfə verir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net