Mikayıl Cabbarov AİİB-in Dohada keçirilən 11-ci illik toplantısında iştirak edib
İqtisadiyyat naziri Mikayıl Cabbarov Dohada Qətər Dövlətinin ev sahibliyi ilə keçirilən Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) 11-ci İllik Toplantısının açılış mərasimində iştirak edib.
Operativ Media xəbər verir ki, bu barədə nazir öz "X" sosial media hesabında etdiyi paylaşımda bildirib.
"AİİB ilə uzunmüddətli tərəfdaşlığımız Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Əməkdaşlığımızın əsas istiqamətlərinə iqtisadiyyatın şaxələndirilməsi, yaşıl və dayanıqlı infrastrukturun inkişafı, nəqliyyat, enerji və rəqəmsal infrastruktura investisiyaların təşviqi daxildir.
Əminik ki, İllik Toplantı çərçivəsində keçirilən müzakirələr və fikir mübadilələri dayanıqlı inkişafın təşviqinə, #investisiya əməkdaşlığının genişləndirilməsinə və regional bağlantıların daha da gücləndirilməsinə öz töhfəsini verəcək", - nazir qeyd edib.
dəqiqələr içində saytın olsun.