Menyu

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

Operativ Media
4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov Daşkənddə “ICT Week Uzbekistan 2026” beynəlxalq texnologiya həftəsi çərçivəsində Türk Dövlətləri Təşkilatının (TDT) Texnologiya Forumunda iştirak edib.

Operativ Media xəbər verir ki, mərkəzin məlumatına görə, forumda TDT-yə üzv ölkələrin startap və innovasiya ekosistemləri arasında əlaqələrin gücləndirilməsi, texnologiya parkları və innovasiya institutları arasında əməkdaşlığın inkişaf etdirilməsi, startapların yeni bazarlara çıxış imkanlarının artırılması, vençur investisiyalarının cəlb edilməsi və birgə təşəbbüslərin həyata keçirilməsi məsələləri müzakirə olunub.

Forumun keçirilməsi təşəbbüsü 15 may 2026-cı ildə Qazaxıstanın Türküstan şəhərində keçirilən TDT Dövlət Başçılarının qeyri-rəsmi Zirvə görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən irəli sürülüb.

Qeyd edək ki, “ICT Week Uzbekistan 2026” dövlət qurumlarını, texnologiya və innovasiya mərkəzlərini, startap və vençur ekosisteminin nümayəndələrini, investorları və beynəlxalq texnologiya şirkətlərini bir araya gətirən platformadır.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər