Azərbaycanda 8 ayda nə qədər pambıq lifi ixrac edilib?
Operativ Media
1 dəq oxu
Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixrac göstəriciləri üzrə statistikaya əsasən, 2026-cı ilin yanvar-avqust aylarında ölkədən 148,8 milyon dollar dəyərində 104,7 min ton pambıq lifi ixrac edilib.
Dövlət Gömrük Komitəsindən Operativ Media-ya verilən məlumata əsasən, bu, 2025-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 17,8 faiz, həcm baxımından isə 19,1 faiz çoxdur.
Ümumilikdə cari ilin ilk səkkiz ayında ölkədən dəyəri 2,55 milyard dollardan çox təşkil edən Azərbaycan mənşəli qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2025-ci ilin müvafiq göstəricisini 18,8 faiz üstələyir. Hesabat dövründə dəyər ifadəsində pambıq lifi ixracının xüsusi çəkisi 5,83 faizə bərabər olub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Sorğu