Menyu

DİN: Məktəb qarşısında naməlum şəxsin uşaqlara konfet paylanması xəbəri təsdiqini tapmayıb

Operativ Media
DİN: Məktəb qarşısında naməlum şəxsin uşaqlara konfet paylanması xəbəri təsdiqini tapmayıb
1 dəq oxu

Sosial şəbəkələrdə məktəbin qarşısında naməlum şəxsin uşaqlara konfet paylaması və bundan sonra uşaqların zəhərlənməsi barədə səs yazısı yayılıb.

DİN Mətbuat Xidmətindən Operativ Media-ya bildirilib ki, yayılan səs yazısı ilə bağlı aparılan araşdırma nəticəsində səsləndirilən iddialar təsdiqini tapmayıb.

"Vətəndaşlardan xahiş olunur ki, mənbəyi və doğruluğu müəyyən edilməmiş məlumatları yaymasınlar, xüsusilə də uşaqların sağlamlığı və təhlükəsizliyi ilə bağlı belə məlumatların ictimaiyyətdə əsassız narahatlıq yaratmasına şərait yaratmasınlar", - məlumatda qeyd edilib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər