Menyu

Azərbaycan və Türkiyə müdafiə nazirləri "ADEX 2026" sərgisini ziyarət ediblər

Operativ Media
Azərbaycan və Türkiyə müdafiə nazirləri "ADEX 2026" sərgisini ziyarət ediblər
1 dəq oxu

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Güler "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisini ziyarət edib.

Operativ Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Əvvəlcə Bakı Ekspo Mərkəzində təşkil olunan sərgi haqqında qonaqlara geniş məlumat verilib. Bildirilib ki, burada "ADEX 2026" sərgisiylə yanaşı olaraq həmçinin “Securex Caspian” 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi də fəaliyyət göstərir.

Müdafiə nazirləri sərgidə nümayiş olunan aviasiya texnikası və pilotsuz sistemlər, aerokosmik, kiber təhlükəsizlik və mühafizə sistemləri, eləcə də digər xüsusi hərbi texnologiyalarla tanış olublar.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər