Menyu

Azərbaycan-Aİ Yüksək Səviyyəli Enerji Dialoqunun IV iclası keçirilib

Operativ Media
Azərbaycan-Aİ Yüksək Səviyyəli Enerji Dialoqunun IV iclası keçirilib
1 dəq oxu

"Brüsseldə Aİ-nin enerji və mənzil siyasəti üzrə komissarı Dan Yorgensenlə Azərbaycan-Aİ Yüksək Səviyyəli Enerji Dialoqunun IV iclasını keçirdik".

Operativ Media xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov öz "X" sosial media hesabında paylaşım edib.

"Enerji təhlükəsizliyi, etibarlı qaz təchizatı, bərpa olunan enerji və “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” üzrə əməkdaşlığın genişləndirilməsini müzakirə etdik.

Azərbaycan və Aİ arasında strateji #enerjitərəfdaşlığı|nın yaşıl enerji və elektrik enerjisi bağlantıları ilə daha da möhkəmləndirilməsinə qarşılıqlı marağımızı ifadə etdik. Avropada artan elektrikləşmə və yaşıl enerjiyə tələbat fonunda Yaşıl Enerji Dəhlizi layihəsinin Ortaq Maraqlar Layihələri (PMI) siyahısına daxil edilməsinin əhəmiyyətini vurğuladıq", - nazir qeyd edib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər