Toy etmək neçəyə başa gəlir? - VİDEO
Azərbaycanda toy hazırlıqları qızıl, gəlinlik, avtomobil, cehiz, musiqi və digər xərclərlə birlikdə ailələr üçün ciddi maliyyə yükünə çevrilir. Sakinlərin sözlərinə görə, toy üçün tələb olunan məbləğ 25-30 min manatdan başlayaraq daha yüksək rəqəmlərə çata bilər.
Operativ Media “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, paytaxt və bölgələrdə danışanlar qızıl üçün 5 min manatdan başlayaraq 20-25 min manatadək, cehiz üçün isə 30-40 min manatadək vəsait xərcləndiyini bildiriblər. Gəlinlik və bəy kostyumu, restoran, musiqiçilər, avtomobil və digər hazırlıqlar da ümumi xərci artırır.
İqtisadçı Zahid Məmmədov bildirib ki, toy xərcləri məkan, qonaq sayı və ailələrin seçimlərindən asılıdır. Onun sözlərinə görə, bəzi hallarda toy üçün ən azı 50 min manat büdcə nəzərdə tutulur, lakin dəbdəbəli seçimlər ümumi xərci daha da artıraraq ailələr üçün uzunmüddətli maliyyə yükü yarada bilər.
Ətraflı videoda:
dəqiqələr içində saytın olsun.