Menyu

Azərbaycanda həyat sığortası üzrə ödənişlər 33 %-dən çox artıb

Operativ Media
Azərbaycanda həyat sığortası üzrə ödənişlər 33 %-dən çox artıb
1 dəq oxu

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 639,427 milyon manat sığorta haqqı toplanılıb.

Operativ Media Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 7,7 % çoxdur.

Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər isə 33,1 % artaraq 568,426 milyonmanata çatıb.

Beləliklə, 8 ayda həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 88,9 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 1 il bundan əvvəl 71,9 manat təşkil edib.

Xatırladaq ki, bu ilin yanvar-avqust aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 1 milyard 115,395 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 6,4 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 773,153 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 28,1 % çoxdur.

8 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 69,3 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 57,6 manat olub.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər