Menyu

Minimum əməkhaqqının artması hansı işçilərə təsir edəcək? - VİDEO

Ayşən Sadıxzadə
Minimum əməkhaqqının artması hansı işçilərə təsir edəcək? - VİDEO
1 dəq oxu

2027-ci ildə Azərbaycanda növbəti sosial proqramın həyata keçirilməsi gözlənilir. Bu çərçivədə minimum əmək haqqının, pensiyaların və sosial müavinətlərin artırılması nəzərdə tutulur.

Operativ Media xəbər verir ki, Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxışı zamanı ölkədə 2027-ci ildə növbəti sosial proqramın həyata keçiriləcəyini elan edib.

Qeyd edək ki, minimum əmək haqqı sonuncu dəfə 2025-ci ildə artırılaraq 400 manat müəyyən edilib.

Bəs 2027-ci ildə minimum əmək haqqı nə qədər artırıla bilər?

İqtisadçı Xalid Kərimli bildirir ki, inflyasiya göstəricilər nəzərə alınmaqla 2025-ci ildə ölkədə orta aylıq əmək haqqı 9,3 faiz, minimal 2026-cı ildə isə 7, faiz artıb. Bu göstəricilər minimum əmək haqqının təxminən 15 faiz artırılması ilə bağlı təklifin irəli sürülməsi üçün əsas yarada bilər.

Ekspertin fikrincə, minimum əmək haqqının 10-15 faiz ətrafında artırılması həm ölkədə əhalinin alıcılıq qabiliyyətinin qorunmasına, sosial cəhətdən həssas əhalinin gəlirlərinə təsirin neytrallaşdırılmasına, həm də orta əmək haqqının artım tempinə uyğunlaşmağa imkan verə bilər.

O qeyd edib ki, minimum əmək haqqının daha yüksək həddə artırılması özəl sektorun maliyyə yükünü artıra bilər. Bu isə işsizliyin artmasına və qeyri-rəsmi məşğulluğun səviyyəsinin yüksəlməsinə səbəb ola bilər.

Qeyd edək ki, minimum əmək haqqının artırılması bir sıra sahələrdə, xüsusilə Vahid Tarif Cədvəli (VTC) əsasında əməkhaqqının ödənildiyi qurumlarda maaşların artmasına imkan verəcək.

Minimum əmək haqqının artması fərdi sahibkarların aylıq sosial ödənişlərinə də təsir göstərəcək. Belə ki, onların sosial müdafiə, işsizlikdən sığorta və icbari tibbi sığorta üzrə ödənişləri minimum əmək haqqı əsasında müəyyən olunur.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər