Gələn ildən bəzi publik hüquqi şəxslərin xidmətlərinə ƏDV tətbiq oluna bilər
Dövlət adından yaradılan publik hüquqi şəxslərin göstərdiyi bəzi iş və xidmətlərə tətbiq olunan ƏDV güzəşti gələn ildən başa çatır.
Operativ Media xəbər verir ki, dövlət adından yaradılan və müvafiq siyahısı təsdiq edilən publik hüquqi şəxslərin nizamnamələrində nəzərdə tutulan və onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi üçün göstərdikləri müəyyən iş və xidmətlər ƏDV-dən azaddır.
Bu güzəşt dövlət büdcəsindən ayrılmış vəsait hesabına müvafiq dövlət qurumu ilə bağlanmış müqavilə əsasında həyata keçirilən iş və xidmətlərə şamil olunur.
Qanunvericilikdə nəzərdə tutulan güzəşt 2020-ci il yanvarın 1-dən 7 il müddətinə tətbiq edilib.
Beləliklə, güzəşt müddəti 2026-cı il dekabrın 31-də başa çatır. Güzəştin müddəti uzadılmadığı təqdirdə, 2027-ci il yanvarın 1-dən həmin iş və xidmətlərə ƏDV tətbiq oluna bilər.
Qeyd edək ki, sözügedən güzəştlərin müddətinin uzadılması ilə bağlı hələlik aidiyyəti rəsmi qurumlardan heç bir açıqlama verilməyib.
dəqiqələr içində saytın olsun.