8 ayda Azərbaycandan nə qədər qənnadı məmulatları ixrac olunub?
Operativ Media
1 dəq oxu
Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixrac göstəriciləri üzrə statistikaya əsasən, 2026-cı ilin yanvar-avqust aylarında ölkədən 93,2 milyon ABŞ dolları dəyərində 149,8 min tondan çox şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları ixrac olunub.
Operativ Media bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 2,3 dəfə, həcm baxımından isə 2,6 dəfə çoxdur.
Ümumilikdə göstərilən dövr ərzində ölkədən dəyəri 2,55 milyard dollardan çox təşkil edən Azərbaycan mənşəli qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2025-ci ilin müvafiq göstəricisini 18,8 faiz üstələyir.
Hesabat dövründə ümumi ixracda qənnadı məmulatlarının payı 3,66 faiz təşkil edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Sorğu