Menyu

ABŞ SM-3 raketlərinin istehsalına 6,3 milyard dollar ayırıb

Operativ Media
ABŞ SM-3 raketlərinin istehsalına 6,3 milyard dollar ayırıb
1 dəq oxu

ABŞ Müdafiə Nazirliyi “Raytheon” şirkəti ilə SM-3 Block IB raket əleyhinə müdafiə sistemlərinin istehsalı üçün 6,3 milyard dollar dəyərində müqavilə imzalayıb. Müqavilə beş il müddətinə nəzərdə tutulub və onun daha iki il uzadılması imkanı var.

Operativ Media xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.

ABŞ müdafiə nazirinin təchizat və hərbi satınalmalar üzrə müavini Maykl Daffi bildirib ki, müqavilə hərbi-sənaye kompleksində istehsalın sabitliyini təmin edəcək, subpodratçılar səviyyəsindəki maneələri aradan qaldıracaq və ABŞ Hərbi Dəniz Qüvvələri ilə quru qoşunlarının zəruri raket əleyhinə müdafiə vasitələri ilə təchizatına imkan yaradacaq.

SM-3 raketləri qısa və orta mənzilli ballistik raketləri məhv etmək qabiliyyətinə malikdir. ABŞ Hərbi Dəniz Qüvvələrinin esminesləri İranla müharibə zamanı bu raketlərdən istifadə edib.

"Raytheon” şirkətinin məlumatına görə, SM-3 Block IB modifikasiyası təkmilləşdirilmiş özütuşlanan başlıq, yenilənmiş idarəetmə sistemləri və hədəfə çatmaq üçün qısa təkan impulslarından istifadə edən mühərriklə təchiz olunub.

Sentyabrın ortalarında Pentaqonun müstəqil nəzarət funksiyasını yerinə yetirən baş müfəttiş aparatının hesabatında İranla müharibə səbəbindən döyüş sursatlarının çatışmazlığı barədə məlumat verilib.

Bundan əlavə, ABŞ Konqresinin Büdcə İdarəsi ölkənin raket əleyhinə müdafiə vasitələri ehtiyatlarının azalması ilə bağlı narahatlığını ifadə edib. Qurumun qənaətinə görə, ABŞ 2025-ci ilin iyun ayından etibarən bu tip döyüş sursatları ehtiyatının yarısından üçdə ikisinədək hissəsini istifadə edib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər