Menyu

"Lion”un müdafiəçisi millinin düşərgəsində ağır zədə alıb

Operativ Media
"Lion”un müdafiəçisi millinin düşərgəsində ağır zədə alıb
1 dəq oxu

Fransanın “Lion” klubunun müdafiəçisi Məhəmməd Uedraqo Burkina-Faso millisinin düşərgəsində məşq zamanı sağ dizinin ön çarpaz bağını qoparıb.

Operativ Media xəbər verir ki, bu barədə Fransa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

23 yaşlı futbolçu əməliyyatın tarixini müəyyənləşdirmək üçün yaxın vaxtlarda cərrahla görüşəcək.

Klubun açıqlamasında Uedraqo və onun bərpa prosesi boyunca dəstəklənəcəyi bildirilib.

Müdafiəçi bu mövsüm bütün turnirlərdə 5 oyunda meydana çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər