Menyu

Xoselu karyerasını Qətərdə davam etdirəcək

Operativ Media
Xoselu karyerasını Qətərdə davam etdirəcək
1 dəq oxu

İspaniyalı hücumçu Xoselu Qətərin “Əl-Sailiya” klubu ilə müqavilə imzalayıb.

Operativ Media xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflər arasındakı müqavilənin müddəti açıqlanmayıb.

Klubun mətbuat xidməti sosial şəbəkələrdə transferi “İspan nəhəngi artıq ‘Əl-Sailiya’da” sözləri ilə təqdim edib.

Xoselu son iki mövsümdə “Əl-Qarafa”nın formasını geyinib. O, bütün turnirlərdə 58 oyunda 28 qol vurub və 5 məhsuldar ötürmə edib.

Hücumçu karyerası ərzində “Real”, “Espanyol”, “Nyukasl”, “Stok Siti”, “Deportivo”, “Hannover”, “Ayntraxt” və “Selta” klublarında da çıxış edib.

“Əl-Sailiya” Qətər çempionatının cari mövsümündə keçirdiyi dörd oyunun hamısında məğlub olub və turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər