Menyu

Pekində xəstəxanada baş verən yanğında ölənlərin sayı 29-a çatıb

Nərmin Qocamanlı
Pekində xəstəxanada baş verən yanğında ölənlərin sayı 29-a çatıb

Çinin paytaxtı Pekində özəl xəstəxananın stasionar bölməsində baş verən yanğında həyatını itirənlərin sayı 29-a yüksəlib.

"Operativ Media" xəbər verir ki, Beijing Daily-nin xəbərinə görə, səlahiyyətlilər, dünən günortadan sonra Fingtay bölgəsindəki Pekin Changfing Xəstəxanasında baş verən yanğında daha 8 nəfərin öldüyünü bildirib.

İlk təsbitlərə görə 21 nəfərin həyatını itirdiyi yanğında can itkisi 29-a yüksəlib.

Yanğının baş verdiyi xəstəxana binasının şərq qanadı bağlanarkən, ambulator xidmətlər dayandırılıb. Bundan başqa, xəstəxananın bağlı olduğu şirkətin səhm əməliyyatları dayandırılıb.

Dünən günorta saatlarında baş verən yanğından sonra bölgəyə yanğınsöndürənlər, təcili yardım qrupları göndərilib, 71 xəstə xilas edilərək təxliyə edilib.

Yanğının səbəbi hələ müəyyən edilməsə də, hadisə ilə bağlı araşdırmalar davam edir.

Teqlər:

"Pekində xəstəxanada baş verən yanğında ölənlərin sayı 29-a çatıb"

Əlaqəli Xəbərlər