Menyu

"Araz-Naxçıvan" gənc futbolçu ilə gücləndi

Operativ Media
"Araz-Naxçıvan" gənc futbolçu ilə gücləndi
1 dəq oxu

“Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb.

Operativ Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "qırmızı-ağlar" gənc futbolçu İbrahim Piriyevlə müqavilə imzalayıb. 21 yaşlı cinah yarımmüdafiəçisi ilə anlaşma 2 il müddətinə nəzərdə tutulub. 

İ. Piriyev 2025-2026-cı illər mövsümündə “Araz-Naxçıvan”ın əvəzedici heyətində çıxış edib. Mütəmadi olaraq əsas komandanın məşqlərinə cəlb olunan futbolçu “Zirə” ilə Misli Premyer Liqasının son turunda keçirilmiş matçda debut edib. 

Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov və Ülvi İsgəndərovla yeni müqavilə imzalayıb.

Əlaqəli Xəbərlər