Menyu

Azərbaycanın kamandan oxatanı IV Avropa Oyunlarında iştirak üçün kvota qazanıb

Operativ Media
Azərbaycanın kamandan oxatanı IV Avropa Oyunlarında iştirak üçün kvota qazanıb

Mayın 18-24-də Türkiyənin Antalya şəhərində açıq havada Avropa çempionatında Azərbaycanın kamandan oxatanı Məhəmmədəli Əliyev 88 kişi iştirakçı arasından 659 xal toplayaraq 29-cu yeri tutub.

Milli Olimpiya Komitəsindən Operativ Media-ya bildirilib ki, idmançı bu nəticə ilə 2027-ci ildə İstanbulda keçiriləcək IV Avropa Oyunlarında iştirak etmək üçün kvota qazanıb.

Bu nəticə Azərbaycanın kamandan oxatma idmanı tarixində Avropa Oyunlarına kişi idmançılar arasında qazanılan ilk kvotadır. İndiyə qədər ölkəmizin heç bir kişi kamandan oxatanı bu idman növündə belə uğura imza atmayıb. Məhəmmədəli Əliyevin bu nailiyyəti həm də 2028-ci ildə ABŞ-nin Los-Anceles şəhərində keçiriləcək Olimpiya Oyunlarına gedən yolda mühüm addımlardan biri sayılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər