"Real Madrid" "Liverpul"un müdafiəçisini transfer etdi
Operativ Media
Madrid "Real"ı növbəti transferini rəsmiləşdirib.
Operativ Media klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi fransalı müdafiəçi İbrahima Konate ilə müqavilə imzalayıb.
Tərəflər arasında əldə olunan razılığa əsasən, 26 yaşlı futbolçu 2030-cu il iyunun 30-dək Madrid təmsilçisinin formasını geyinəcək.
Fransa millisinin üzvü olan Konate son olaraq İngiltərənin "Liverpul" klubunda çıxış edib. O, "Real"a azad agent statusu ilə keçib.
Xatırladaq ki, "Real" ötən gün Bernardu Silvanın da transferini açıqlamışdı.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net