Menyu

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan hərbçiləri üçün təlim keçəcək

Operativ Media
Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan hərbçiləri üçün təlim keçəcək

Türkiyə Milli Müdafiə Nazirliyi 2026-2027-ci illərdə Azərbaycan hərbçiləri üçün təlim keçəcək.

Operativ Media xəbər verir ki, bu barədə nazirliyin "X" sosial şəbəkə hesabında açıqladığı qonaq hərbi şəxsi heyətinin kvota planında qeyd olunub.

Məlumata görə, plan çərçivəsində 16 ölkədən – Azərbaycan, Burundi, Banqladeş, Qvineya, Qazaxıstan, Qırğızıstan, Şimali Kipr Türk Cümhuriyyəti, Şimali Makedoniya, Liviya, Macarıstan, Mali, Monqolustan, Özbəkistan, Seneqal, Somali və Türkmənistandan ümumilikdə 448 hərbi qulluqçu üçün təlim kvotası ayrılıb.

Nazirlikdən əlavə olunub ki, il ərzində dost və müttəfiq ölkələrdən daxil olan əlavə müraciətlərə uyğun olaraq bu sayın artacağı gözlənilir. "Türkiyə Milli Müdafiə Nazirliyi tərəfindən bir çox dost və müttəfiq ölkə ilə imzalanmış ikitərəfli sazişlər çərçivəsində təlim və məsləhət fəaliyyəti həyata keçirilir", - məlumatda bildirilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər