Menyu

Azərbaycan Berlində keçiriləcək Avropa Kubokunda 13 cüdoçu ilə təmsil olunacaq

Operativ Media
Azərbaycan Berlində keçiriləcək Avropa Kubokunda 13 cüdoçu ilə təmsil olunacaq
1 dəq oxu

Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə 20–21 iyun tarixlərində Almaniyanın paytaxtı Berlində cüdo üzrə gənclər arasında Avropa Kuboku keçiriləcək.

Operativ Media xəbər verir ki, Azərbaycan yarışda 6 çəki dərəcəsində 13 cüdoçu ilə təmsil olunacaq. Heyətə gənc oğlanlardan ibarət yığmanın məşqçisi Elxan Rəcəbli rəhbərlik edəcək.

Beynəlxalq turnirdə 38 ölkədən 485 idmançı mübarizə aparacaq. Yarışın ədalət təmsilçiləri arasında Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, “B” kateqoriyalı beynəlxalq dərəcəli hakim Bəhriyyə Hüseynova da yer alacaq.

Heyəti təqdim edirik:

-60 kq

Məhəmməd Rüstəmli 

Rəsul Əlizadə

Röyal Qayıbov

Anar Quliyev 

-66 kq

Zeyd Ələsgərov 

Sadiq İsgəndərli 

-73 kq 

Hüseyn Şahmarlı

Özqan Quliyev 

Əli Hümbətov 

-81 kq

Məhəmməd Ağakişiyev 

-100 kq

Tunar Fərzəliyev 

+100 kq

Sübhan Axundov 

Cavidan Məsimov

Əlaqəli Xəbərlər