Bu ilin ilk beş ayında pərakəndə elektron ticarət dövriyyəsi 11 faizdən çox artıb
Operativ Media
Bu ilin yanvar-may aylarında ölkə üzrə pərakəndə elektron ticarət dövriyyəsinin həcmi 116 milyon manat təşkil edib.
Operativ Media Dövlət Statistika Komitəsinin hesabatına əsasən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrünün göstəricisinə nisbətdə real ifadədə 11,3 faiz çoxdur.
Hesabat dövründə ölkə üzrə pərakəndə ticarət dövriyyəsi 25,439 milyard manat olub ki, onun da 0,45 faizi informasiya sistemlərindən (internet, ekstranet və s.) istifadə edilməklə malların alqı-satqısı üzrə həyata keçirilən fəaliyyət sayəsində formalaşıb.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma