DİN: Sabunçuda qəbir daşlarının dağıdılması ilə bağlı araşdırma aparılır
Nərmin Qocamanlı
Paytaxtın Sabunçu rayonunda Zabrat qəsəbəsində yerləşən qəbirstanlıqların birində naməlum şəxslər tərfindən bir neçə qəbir daşının dağıdılması ilə bağlı araşdırma aparılır.
DİN-in mətbuat xidmətindən "Operativ Media"ya bildirilib ki, faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 245-ci (qəbir üzərində təhqiredici hərəkət) cinayət işi açılıb. Əməli törədən şəxsin, yaxud şəxslərin müəyyən edilib istintaqa cəlb edilməsi istiqamətində tədbirlər görülür.
Tədbirlərinin nəticəsi ilə bağlı məlumat veriləcəkdir
Teqlər:
"DİN: Sabunçuda qəbir daşlarının dağıdılması ilə bağlı araşdırma aparılır"