Menyu

Allahşükür Paşazadə G20 Dinlərarası Forumunda iştirak etmək üçün ABŞ-yə səfər edəcək

Operativ Media
Allahşükür Paşazadə G20 Dinlərarası Forumunda iştirak etmək üçün ABŞ-yə səfər edəcək
1 dəq oxu

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə G20 Dinlərarası Forumunda iştirak etmək üçün oktyabrın 13-də ABŞ-yə səfərə yola düşəcək.

QMİ-nin mətbuat xidmətindən Operativ Media-ya bildirilib ki, şeyxülislam A.Paşazadə tədbirə G20 Dinlərarası Forum Assosiasiyasının Prezidenti Kol Dürham tərəfindən dəvət olunub.

Oktyabrın 15-17-də ABŞ-nin Yuta ştatının paytaxtı Soltleyksiti şəhərində baş tutacaq Forumun mövzusu – “Davamlı ümid - ümumi gələcək”dir. Forumda çıxış edəcək şeyxülislamın tədbir çərçivəsində Forum iştirakçıları və rəsmilərlə görüşləri nəzərdə tutulur.

Qeyd edək ki, G20 sammitləri ərəfəsində keçirilən Dinlərarası Forum davamlı fəaliyyət göstərən nüfuzlu dinlərarası qlobal platformadır. QMİ sədri G20 Dinlərarası Forumunun Bolonya, Bali, Puna, Keyptaynda keçirilən tədbirlərinin iştirakçısı olub.

Əlaqəli Xəbərlər