Menyu

Nəriman Axundzadə və Toral Bayramov son turda iştirak etməyiblər

Operativ Media
Nəriman Axundzadə və Toral Bayramov son turda iştirak etməyiblər
1 dəq oxu

Azərbaycanın əsas millisinin üzvləri Toral Bayramov və Nəriman Axundzadə Türkiyədə son turda iştirak etməyiblər.

Operativ Media xəbər verir ki, "Erzurumspor" forması geyinən Nəriman Axundzadə Super Liqanın 7-ci turu çərçivəsində səfərdə "Alanyaspor"a qarşı keçirilən matçda ehtiyatda qalıb. Matç 0:0 hesablı heç-heçə ilə başa çatıb.

Digər təmsilçimiz Toral Bayramov da 1-ci liqada komandasının məğlubiyyətinə ehtiyat oyunçular skamyasından tamaşa edib. "Bursaspor" bu matçda "Mardin 1969"a 1:2 hesabı ilə məğlub olub.

Əlaqəli Xəbərlər