Menyu

Bazarlarda dərman bitkilərinin qiyməti 60 manata çatıb - VİDEO

Nicat Hüseynli
Bazarlarda dərman bitkilərinin qiyməti 60 manata çatıb - VİDEO
1 dəq oxu

Qış mövsümü yaxınlaşdıqca dərman bitkilərinə maraq artır. Bazarlarda çoban yastığı, kəklikotu, nanə, gülxətmi və cökə çiçəyi kimi bitkilər müxtəlif qiymətlərlə satışa çıxarılır.

Operativ Media “ATV Xəbər”ə istinadən xəbər verir ki, satıcıların sözlərinə görə, bəzi bitkilərin kiloqramı 20-40 manat, xüsusi çayların və digər məhsulların qiyməti isə 60 manatadək yüksəlir.

Alıcıların bir qismi bu bitkilərdən öskürək, soyuqdəymə və həzm problemləri zamanı istifadə etdiklərini bildirirlər. Bununla belə, mütəxəssislər dərman bitkilərinin bütün xəstəliklərin müalicəsi olmadığını və onların özbaşına, həddindən artıq istifadəsinin sağlamlıq üçün risk yarada biləcəyini vurğulayırlar.

Ətraflı videoda:

Əlaqəli Xəbərlər