Menyu

Çinin xarici işlər naziri Azərbaycana səfər edəcək

Şəfa Hüseynli
Çinin xarici işlər naziri Azərbaycana səfər edəcək
1 dəq oxu

Çinin xarici işlər naziri Vanq Yi Azərbaycan, Xorvatiya, Monteneqro və Bolqarıstana səfər edəcək.

Operativ Media xəbər verir ki, bu barədə "South China Morning Post" məlumat yayıb.

Çin Xarici İşlər Nazirliyinin məlumatına görə, Vanq cümə axşamı günü Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Qurucu Tədbirlər Müşavirəsinin (CICA) yeddinci zirvə görüşündə "Sədr Si Cinpinin xüsusi nümayəndəsi" kimi iştirak edəcək.

Bildirilib ki, səfər oktyabrın 14-dən 20-dək davam edəcək.

Qeyd edilib ki, bu, Vanq Yinin yeddi ildən sonra Azərbaycana ilk səfəri olacaq.

Əlaqəli Xəbərlər