Menyu

İdxal olunan baytarlıq preparatında uyğunsuzluq aşkarlanıb

Operativ Media
İdxal olunan baytarlıq preparatında uyğunsuzluq aşkarlanıb
1 dəq oxu

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı "Spektra-Vet" MMC-nin respublikamıza idxal etdiyi baytarlıq preparatlarının sınaq nəticələrində uyğunsuzluq aşkarlanıb.

Operativ Media  xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Belə ki, Çin Xalq Respublikasından idxal edilən “Farmazin Tylo” əmtəə nişanlı baytarlıq preparatı məhsul partiyasından götürülmüş nümunələrdə pH göstəricisinin normativ texniki tələblərə cavab vermədiyi müəyyən edilib.

Uyğunsuzluqla əlaqədar qanunvericiliyə müvafiq qərar qəbul edilərək, 5010 ədəd 50 ml-lik, 3006 ədəd 100 ml-lik məhsul məhv edilib.

Fotogalereya

Əlaqəli Xəbərlər