Menyu

Şuaybu "Şamaxı"nın yubiley qolunu vurub

Operativ Media
Şuaybu "Şamaxı"nın yubiley qolunu vurub
1 dəq oxu

“Şamaxı” Azərbaycan çempionatlarının yüksək dəstəsində 900-cü qolunu vurub.

Operativ Media PFL-ə istinadən xəbər verir ki, əvvəllər “Xəzər Universiteti”, “İnter” və “Keşlə” adlarını da daşımış komandanın yubiley qolunu Abdullahi Şuaybu vurub. O, Misli Premyer Liqasının VII turunun “Zirə” ilə səfər görüşündə (1:1) fərqlənib.

900-cü qol 733-cü matça təsadüf edib. Evdə 482, səfərdə 418 dəfə fərqlənən “Şamaxı” ümumi qol sayında yalnız “Qarabağ”, “Neftçi” və “Kəpəz”dən geri qalır.

Qeyd edək ki, ilk qol 1999/2000 mövsümündə vurulub. 1999-cu il noyabrın 7-də “Neftçi” ilə ev oyununun (2:3) 37-ci dəqiqəsində fərqlənən Samir Ələkbərov klubun tarixinə düşüb.

Əlaqəli Xəbərlər